Keçmiş deputat Rafael Cəbrayılov 1000 manat cərimələnib.
Qaynarinfo-ya daxil olan məlumata görə, yanvarın 25-də Abşreon Rayon Məhkəməsində Rafael Cəbrayılovun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsinə dair iddiaya baxılıb. Məhkəmə keçmiş deputatı 1000 manat cərimələməklə yanaşı, ona icra tələbini yerinə yetirmək üçün 20 gün möhlət verib.
Məlumatda deyilir ki, Rafael Cəbrayılovun borclu olduğu şəxslərdən Təranə Fətəliyeva, Məlahət Qurbanova və Xatirə Nəcəfova məhkəmə çəkişməsində qalib gəlib. Təranə Fətəliyeva hətta Ali Məhkəmə mərhələsini də keçib. Məhkəmə qərarları icraya yönəldilsə də, Rafael Cəbrayılov borclarını qaytarmaq istəmir.
Bildirilir ki, keçmiş deputat 20 gün ərzində borclarını qaytarmasa, məsuliyyətə cəlb olunacaq.
Rafael Cəbrayılovun Təranə Fətəliyeva, Məlahət Qurbanova və Xatirə Nəcəfovaya üst-üstə 1 milyon manatdan çox borcu var.
Lakin keçmiş deputatın borcları bununla bitmir. O, daha 5 nəfərdən toplam olaraq 700 000 manatdan bir az artıq borc alıb.
Həmin şəxslər də məhkəməyə, eyni zamanda Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət ediblər.
Rafael Cəbrayılov 1000 manat cərimələndi - Növbəti mərhələ həbsdir
03
fevral
13:44

Qarabağ
KOMMENTLƏR
Rafael Cəbrayılovun arxasında Oqtay Əsədov DAYANIR... - İDDİA
Mandatını girov qoyan keçmiş deputatın “yeriməyən” İSTİNTAQI: - Rafael Cəbrayılovu kim və necə himayə edir?
Məhkəmə Rafael Cəbrayılovun iddiasını rədd etdi: Yalan məlumat verib
Ali Məhkəmə mandatını girov qoyan deputatla bağlı QƏRAR VERDİ
Rafael Cəbrayılovun deputat toxunulmazlığı götürüldü - RƏSMİ
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat