Türkiyəli məşhur  aktrisa Neslihan Atagül və həyat yoldaşı Kadir Doğulu İstanbul küçələrində jurnalistlərin obyektinə tuş gəlib. 
Səhhəti ilə bağlı mətbuata açıqlama verən, aktrisa evindən yeni çölə çıxmağa başladığını bildirib.
"Hazırda daha da yaxşıyam. Ən azından bir-iki addım ata bilirəm. Tez yoruluram amma yavaş-yavaş həyata yenidən adaptasiya olmağa çalışıram. 5 kiloqram arıqladım. Həkim məsləhətinə əsasən serialdan da ayrıldım. Dedilər ki, istirahət etməlisən".
Qeyd edək ki, bir müddət aktrisaya bağırsaq sindromu diaqnozu qoyulub. 
"İki addımdan sonra yoruluram" -Neslihan Atagül
скачать dle 12.1