“İllərin yataq xəstəsidir, hamama qucağımızda aparırıq, çimizdiririk, yeməyini özümüz yedirdirik, danışa bilmir, hərəkət edə bilmir. Bununla belə, ona birinci qrup əlillik təyin etmək istəmirlər”.
DİA.AZ-ın xəbərinə görə, Lerik sakini Ramiz Ağayev anasından bəhs edir. Deyir, 82 yaşlı Gülbacı Musayeva yataq xəstəsidir. İllərdir ki, dövlət ona gözünə görə 2-ci qrup əlillik təyin edib. Ancaq ananın son 3 ildə həm də yataq xəstəsinə çevrilməsi ona birinci qrup əlilliyin təyinatı üçün rayon Tibbi-Sosial Ekspertiza Komissiyasına müraciət etməyə səbəb olub. Tələb olunan sənədləri hazırlayıb aidiyyəti qurumlara göndərsələr də, Gülbacı Musayevaya 1-ci qrup əlillik təyin edilmir. Ramiz Ağayev deyir, 3 ildir ki, Lerik Rayon Tibbi-Sosial Ekspertiza Komissiyası 82 yaşlı anasını süründürür.
“Anamın çeşidli xəstəlikləri var, həmin xəstəliklər üzündən yataqdan qalxa, özünü fiziki idarə edə bilmir. Lerik Rayon Mərkəzi Xəstəxanasında həkim komissiyasından keçib, meyarları 1-ci qrup əlilliyə uyğun olduğuna görə sənədləri Lerik Rayon Tibbi-Sosial Ekspertiza Komissiyasına göndərilib. Ancaq uzun müddətdir ki, komissiya bizə imtina vərəqəsi göndərir və hər dəfə də imtina vərəqəsində eyni cümləni qeyd edir: “… Qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmağınız tövsiyə edilir”. Xəstə anamı qucağımıza alıb yaxınlaşırıq xəstəxanaya, deyirik, bizə belə cavab verilib. Həkim deyir, biz hər şeyi qanun çərçivəsində yazıb göndərmişik, xəstəlikləri, vəziyyəti birinci qrup əlillik meyarlarına uyğundur. Sizi sadəcə, süründürürlər”, – şikayətçi deyir.
Lerikdə vətəndaşı incidənlər kimlərdir? - GİLEY
20
fevral
12:41

Qarabağ
KOMMENTLƏR
“Deyirlər, get, müalicə ol…” - GİLEY
Anadangəlmə xəstəyə əlillik dərəcəsi niyə verilməyib? – ƏƏSMN-dən qəribə qərar
Sahil Babayevin işçilərindən ŞOK QƏRAR - FOTO
Şəki sakini nədən əlillik dərəcəsi ala bilmir? - xəstəliyində heç bir irəliləyiş olmayıb...
I qrup əlillik üçün müraciət etdi, II qrupu da ləğv edildi - GİLEY
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat