Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev hakim Yeni Azərbaycan Partiyasındakı vəzifəsini itirə bilər. 
 İlham Əliyev YAP-ın Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) üzvüdür. 
MNTK partiya sistemində mühüm qurumlardan hesab edilir. Nəzər alsaq ki, hazırda Ramiz Mehdiyevə münasibət o qədər də xoş deyil. Hətta onun özünün YAP-dakı təsir imkanlarını itirəcəyi bildirilirsə, o zaman kürəkəninin də sıravi üzvə çevriləcəyi şübhəsizdir.
Digər tərəfdən, İlham Əliyev yalnız Ramiz Mehdiyevin kürəkəni olduğuna görə deyil, həm də məşhur  “toy qalmaqalı”na görə də etimadını itirib.скачать dle 12.1