Azərbaycanda sənədsiz yaşayış evlərinin inventarlaşdırılması həyata keçirilir. Bu, Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Mövzunu şərh edən iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, Azərbaycanda sənədsiz evlərlə bağlı problem uzun illərdir öz həllini tapmır: “Müxtəlif rəqəmlər mövcuddur. Deyilənə görə Azərbaycanda təqribən 500 min sənədsiz ev mövcuddur. Bu sənədsiz evlərin rəsmiləşdirilməsi kifayət qədər ciddi bir problemdir. Bu da on minlərlə insanın mülkiyyət hüququnun tanınması məsələsində məhdudiyyətlər yaradır. Əslində beynəlxalq qanunlarda belə bir məsələ var ki, əgər vətəndaş yaşadığı mənzildə kommunal xidmətlərin ödəyicisidirsə və bu dövlət tərəfindən tanınırsa, o zaman mülkiyyət hüququ da yaranır. Mənzillərin və özəl evlərin böyük əksəriyyətinin sənədsiz olmasına baxmayaraq, onlarda kommunal xidmətlərdən istifadəyə görə haqq ödənilir. Bu artıq onların mülkiyyət hüququnun yaranması deməkdir. Ona görə də, məsələnin həlli çox vacibdir”.
Natiq Cəfərlinin sözlərinə görə, mülkiyyət hüququna malik olamyan vətəndaşlar alqı-satqıda əziyyət çəkirlər, iqtisadi aktivlikdə geri qalırlar və kredit götürə bilmirlər: “Bu məsələnin həlli iqtisadiyyata müsbət təsir edəcək. Deyilənə görə bu sahədə müəyyən işlər görülür və ilin sonuna qədər sənədsiz evlərin böyük bir hissəsinin rəsmiləşdirilməsinə və onlara “kupça”ların verilməsinə başlanacaq. Bu da sözügedən sahədə yığılıb qalan problemlərin həllinə səbəb ola bilər”. /Konkret.az
Sənədsiz evlərə “kupçalar” nə zaman veriləcək?
10
mart
23:48

Qarabağ
KOMMENTLƏR
Xəzər İcra Hakimiyyətində korrupsiya həbsi – Şöbə müdiri saxlanılıb...
Bir neçə günlük soyuq Bakının “ayıblarını” üzə çıxardı: “Normal idarəetmə belə qurulmur”
"Holcim"in maliyyə direktoru Dilbər Sultanovanın qanunsuz əməlləri
“Əhali “qara gün“ üçün yığdığı pulu çoxdan xərcləyib qurtarıb“ - İqtisadçı
Biznesmen icra başçısı rayonun problemlərini niyə həll etmir? - Özünü toxunulmaz sayır?
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat