Bakı Ağır Cinayətlər Məhkəməsində “Zaminbank”ın 5 milyon manatdan çox vəsaitini mənimsəməkdə ittiham edilən bankın sabiq sədri Nadir İsmayılovun məhkəməsi keçirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş tanınmış iş adamı, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundov sualları cavablandırıb.
İ.Axundov bildirib ki, həmin bankda onun adına iki kredit olub:
“Mənim adıma 10 milyon manatlıq kredit yazılmışdı. O pulun yarısını götürdüm və kreditimi də ödədim. İşlərimi qaydasına qoydum və pula ehtiyacım olmadığı üçün qalan 5 milyonu bankdan götürmədim. Amma sonradan bu kredit üçün girov qoyduğum obyektləri qaytarmaq üçün qalan pulu da ödədim.
Ümumilikdə, banka 10 milyondan artıq pul verdim. Lakin sonradan bildim ki, əmlaklar Mərkəzi Bankda girovluqdadır, Nadir isə pulu Mərkəzi Banka ödəməyib. İndi Mərkəzi Bank da 10 milyon tələb edir. Nadirlə dost idik, yaxşı münasibətimiz var idi. Elə buna görə də onun məni aldatmasını bağışlaya bilmirəm”.
Vəkilin İsfəndiyar Axundova “Müqavilə imzalayarkən niyə baxmadınız?” sualına o, savadsız olduğunu, həm də dostu Nadirə inandığını deyərək cavab verib.
Təqsirləndirilən Nadir İsmayılov isə İsfəndiyar Axundovun dediklərini təkzib edib:
“Mən onu aldatmamışam. İsfəndiyar Axundov düzgün danışmır. Onlar birinci dəfə 5 milyon götürdülər. İkinci dəfə də qalan 5 milyona iki “Lamborghini”, iki “Ferrari” aldılar. 300 min də qudası Məhərrəmə verdi. Birinci xanımından olan oğlu üçün Türkiyəyə pul göndərdi. Danışır, amma hamısını demir”.
İsfəndiyar Axundov isə üzərinə həbs qoyulan “Flaminqo” restoranının girovluqdan çıxarılmasını istəyib.
"Şərurlu İsfəndiyar" 5 milyona 2 “Lamborghini”, 2 “Ferrari” alıb - Zaminbank işi
23
mart
17:33

Qarabağ
KOMMENTLƏR
Sensasion məhkəmə işi: "Görüşdə Heydərov, Usubov, Qaralov və Abutalıbov vardı..."
"Zaminbank"ın həbs edilən sədri ilə "Şərurlu İsfəndiyar"ın qalmaqalı, nazirlərlə görüş - Sensasion məhkəmə işi
"Zaminbank"ın həbs edilən rəhbərindən XƏBƏR VAR
“O mənim 10 milyon manat pulumu mənimsəyib” – “Şərurlu İsfəndiyar”
Bu bankir Şərurlu İsfəndiyara 10 milyon manat "atıb"
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat