Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmaqla Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində mənimsəmə və digər cinayət faktlarına görə başlanmış cinayət işi üzrə keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət başında saxlanılmış H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin direktoru Rüstəmova Mehriban Əsgər qızının sözügedən cinayət işinin icraatına ibtidai istintaq dövründə xitam verilməsinə köməklik göstərəcəyi vədi ilə həmin məktəbin müəllimi Şükürov Sahib Famil oğlunun onun külli miqdarda pulunu ələ keçirməsi barədə müraciəti əsasında Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq-əməliyyat tədbirləri ilə Sahib Şükürovun Mehriban Rüstəmovaya öz əlaqələrindən istifadə edərək sözügedən cinayət işi üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini təmin edəcəyi barədə yalan vədin verilməsi yolu ilə vəzifəli şəxsə verilməsi adı altında ayrı-ayrı vaxtlarda sonuncunun ümumilikdə 168 min manat pul vəsaitini ələ keçirərək dələduzluq etməsinə, eləcə də həmin hərəkətləri ilə vətəndaşı vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Sahib Şükürova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32,4 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilin, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
Həbsdə olan direktora qarşı dələduzluq edən müəllim də tutuldu
26
aprel
13:00

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat