Bakının Yasamal rayonunda plana düşən mənzillərin söküntüsünə başlanılacaq.
Baku.ws-in əldə etdiyi məlumata görə, Space TV və 125 saylı məktəbin yaxınlığında, əsasən Ələsgər Ələkbərov və Mikayıl Müşviq küçələrinə düşən evlərin sökülüb, yerində yeni yaşayış binalarının tikintisi planlaşdırılır. Hazırda evlərin sakinləri ilə danışıqlar aparılır.
Sakinlərə evlərinin əvəzinə yeni binadan mənzillər və yaxud pul təklif olunur. Sakinlər bildirirlər ki, özəl tikinti şirkətinin nümayəndələri onlarla danışıqlar aparıb. Danışıqlarda sakinlərə mənzilin kvadratına görə 1500-3000 manat arası pul təklif olunur.
Yasamal rayon İcra Hakimiyyətindən bildirilib ki, işləri özəl şirkət həyata keçirəcək. İşlər sakinlərin könüllü razılaşması əsasında həyata keçiriləcək. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən müvafiq sərəncamları və icazələri var.
Qiymətləri həmin özəl şirkət müəyyən edir. Lakin çalışırlar ki, sakinlərə artıq kvadratlı evlərin verilməsinə üstünlük verilir.
Şirkət ailələrlə fərdi qaydada razılaşma əldə edir və müqavilələr də fərdi qaydada bağlanılır. Razılaşmaya görə, ya sakinlərə pul verilir, yaxud da evlərinin yerində yeni binadan mənzillər verilir. Vətəndaşların kirayə haqqı, daşınma üçün lazım olan vəsait və digər xərclər özəl şirkət tərəfindən ödənilir.
Sökülən binanın yerində yeni bina tikiləndən sonra vətəndaşlara hazırkı mənzillərinin sahəsindən çox kvadratlı yeni mənzillər verilir.
Bakının bu hissəsində evlər plana düşdü: 3 min manata qədər pul təklif edilir
28
aprel
10:46

Qarabağ
KOMMENTLƏR
Bakının bu ərazisində evlər plana düşdü - FOTO
Bakıda evləri park ərazisinə düşən şəxslər 2,5 milyon tələb etdi
Şirkət fırıldaqçı çıxdı, MİDA boyun qaçırır – Yüzdən artıq ailə ölkə rəhbərliyindən kömək istəyir
Bakıda yataqxana söküntüsü etiraza səbəb oldu: İcra Hakimiyyətindən AÇIQLAMA
Bakıda bu binalar söküləcək
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat