Qanunazidd əməlləri ilə ölkəmizdə keçirilən ekoloji sağlamlığın yaxşılaşdırılmasına və ətraf mühitin mühafizəsinə yönələn genişmiqyaslı tədbirlərə kölgə salan şəxslərə qarşı ardıcıl və təxirəsalınmaz mübarizə tədbirləri davam etdirilir.
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi-1 ünvanında tikinti işlərinin aparılması üçün hasara alınmış ərazidə ağacların qanunsuz kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) daxil olmuş material üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Aparılmış araşdırmalarla, həmin ərazidə tikinti işləri aparan "Proqress-2016” MTK-nın direktoru Emil Səməndərovun qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, tikinti aparılması üçün əlverişli şərait yaratmaq məqsədilə qeyd edilən ünvanda yerləşən torpaq sahəsində mövcud olmuş, meşə fonduna daxil olmayan 12 ədəd ağacın qanunsuz kəsilməsinə göstəriş verməsi nəticəsində dövlətin qanunla qorunan mənafelərinə ümumilikdə 9 min 800 manat məbləğində ziyan vurmasına əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə həvalə edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
MTK direktoruna cinayət işi açıldı - RƏSMİ
29
aprel
13:21

Qarabağ
KOMMENTLƏR
Bina tikmək üçün ağacları kəsən şirkətlərlə bağlı Baş Prokurorluq hərəkətə keçdi
"Cənnət Bağı"nın rəhbərinə cinayət işi açıldı
Ağacları kəsərək bina tikən şirkət rəhbəri məhkəməyə verildi
Daha bir vəzifəli şəxsə cinayət işi AÇILDI
“Neolit”in ərazisində ağacların məhv edilməsi faktı ilə bağlı cinayət işi başlanıb
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat