Azərbaycanda son sutkada 72 301 nəfər vaksinasiya olunub.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35 972, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 36972 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 3 218 651, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 2 070 526, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 1 148 125 nəfər təşkil edir.
скачать dle 12.1