“Bu günə qədər əhalini virusun mövcudluğuna inandıra bilməyən Nazirlər Kabineti yanında Operativ Qərargah bütün tərkibi ilə istefa verməli və yenidən təşkil edilməlidir”..
Bunu iqtisadçı Qubad İbadoğlu deyib.
"Əks təqdirdə bu dəfəki sərt karantin rejimi də ciddi effekt verməyəcək. İlk növbədə insanlar arasında inamsızlığı aradan qaldırmaq və ehtiyacı olanların sosial təminatını təşkil etmək lazımdır.
Dünən 438, bu gün 471 yeni yoluxma, 2 gündə 909 yoluxma. Bu o deməkdir ki, polis zorakılığı ilə hələ uzun müddət yaddaşlarda qalacaq 6-7 iyun tarixli sərt özünütəcrid rejimində olan karantin rejimi ilə bağlı Nazirlər Kabinetinin Operativ Qərargahının qərarı düzgün olmayıb.
Deməli, əsas karantin rejimi deyil, karantin davranışları və mədəniyyətidir. Təəssüflər olsun ki, 2 ay 20 gündür ki, ən vacib olan bu vəzifələrin həllinə nail ola bilmədik. Çünki, hakimiyyətin hədəf bu olmadı.Hədəf əvvəl də başqa idi, indi də başqadır.
Virusla mübarizə belə aparılmır. Onun üçün strateji yanaşma olmalıdır, alqoritm qurulmaldır, bütün addımlar bir-birləri ilə əlaqələndirilməli və sonda da bir-birini tamamlamalıdır. Bu isə mütərəqqi ölkələrin təcrübəsi və emprik tədqiqatlar əsasında hazırlana bilər.
Azərbaycanda isə əsl alimlər və ekspertlər bu prosesdən kənardadır. Professor Adil Qeybulla indiyə qədər irəli sürdüyü elmi fərziyələrin demək olar ki, hamısı özünü doğruldub. Amma bir dəfə də olsun onu Nazirlər Kabinetinin Operativ Qərargahına dəvət edib, dinləməyiblər.
Digər tərəfdən də əhali də hakimyyətə inamsızlığı aradan qaldırmaq və karantin rejiminin effektivliyini artırmaq üçün bu müddətdə ehtiyacı olanların maddi və mənəvi tələbatlarını ödəmək məqsədilə 2 iş davamlı olaraq görülməlidir:
1) ünvanlı və birdəfəlik sosial yardım;
2) dürüst və səmimi söhbət. Azərbaycan vətəndaşları təəssüf ki, hər ikisindən məhrumdur.
Bu günə qədər əhalini virusun mövcudluğuna inandıra bilməyən operativ qərargah bütün tərkibi ilə istefa verməli və yenidən təşkil edilməlidir.
Əks təqdirdə bu dəfəki karantin rejimi də ciddi effekt verə bilməz. İlk növbədə insanlar arasında inamsızlığı aradan qaldırmaq və ehtiyacı olanların sosial təminatını təşkil etmək lazımdır.
Yaponiyada heç operativ qərargah da yoxdur, amma dürüst və xalqla açıq danışan hakimiyyət və bir də karantin mədəniyyəti olan yapon xalqı vardır” – Q.İbadoğlu qeyd edib. (pravda.az)
“Operativ Qərargah tam tərkibdə istefaya getməlidir” – Sərt mövqe
21
iyun
16:48

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat