Bildiyiniz kimi, koronavirusun yeni aşkarlanan "Mü" ştammı dünyada sürətlə yayılır. Belə olan halda COVID-19-a qarşı vurulan vaksinlərin bu mutant ştammdan da qoruyub-qorumadığı vətəndaşlar arasında müzakirələrə səbəb olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov açıqlamasında bildirib ki, hazırda ölkəmizdə istifadə olunan vaksinlər bütün mutant ştammlara qarşı effektivdir:
"Gələcəkdə bununla bağlı elmi tədqiqatlar aparılsa, vaksinlərin hansı ştamma qarşı nə dərəcədə effektli olması elmi cəhətdən sübut olunar, amma ümumilikdə COVID-19-a qarşı istifadə olunan vaksinlər "Mü" ştammından da qoruyur".
скачать dle 12.1