Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Fərid Fazil Qayıbov 24 aprel 1979-cu ildə Bakı şəhərində anadan olub.
O, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib.
2017-ci ildən Avropa Gimnastika İttifaqının (UEG) prezidenti vəzifəsini tutub.
Azərbaycan Gimnastika Federasiyasının (AGF) Baş Katibidir.
2017-ci ilin dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölkəmizdə idmanın inkişafında göstərdiyi xidmətlərə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.
Evlidir, iki oğlu, bir qızı var.
