Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə görüşmək barədə razılığa gəliblər.
Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
"Azərbaycanın xarici işlər naziri ilə görüşlə bağlı razılıq əldə edilib", - Mirzoyan söyləyib.
Onun sözlərinə görə, Minsk Qrupu həmsədrlərinin regiona səfəri planlaşdırılır, lakin tarix hələ məlum deyil.
Eyni zamanda, Mirzoyan vurğulayıb ki, Ermənistan Minsk Qrupu çərçivəsində sülh prosesinin bərpasını alqışlayır.