Həbsdə ölən sabiq deputat Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə istintaqı davam etdiriləcək.
“Kriminalqafqaz” xəbər verir ki, mərhum deputatın məhkəməsində hüquqi varisi kimi həyat yoldaşı Aida Cəbrayılova çıxış edəcək. Bununla bağlı R.cəbrayılovun ailə üzvləri tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə verilən vəsatət artıq təmin edilib.
Məhkəmə istintaqı yekunlaşdıqdan sonra R.Cəbrayılovun cinayət işinə hansı əsaslarla xitam veriləcəyi müəyyənləşəcək.
Qeyd edək ki, həbsdə koronavirusa yoluxan keçmiş deputat sentyabrın 30-da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
R.Cəbrayılov 2005-2019-cu illərdə Milli Məclisin III, IV və V çağırışları üzrə deputatı olub. 2019-cu ildə deputat vəsiqəsini girov qoyaraq külli miqdarda borc götürdüyü üzə çıxıb. Daha sonra onun deputat mandatı ləğv edilib. Bu ilin aprelində isə dələduzluq əməllərinə görə həbs edilib.
R.Cəbrayılov deputat olarkən torpaq sahəsinə dövlət qeydiyyatından keçirilməsi barədə çıxarışın alınmasında köməklik göstərəcəyi, eləcə də digər məqsədlərlə yalan vədlər verərək 11 nəfərin ümumilikdə 2 milyon 571 min manat pulunu mənimsəməkdə ittiham edilirdi.
Həbsdə ölən Rafael Cəbrayılovun varisi kimi həyat yoldaşı çıxış edəcək
13
noyabr
12:37

Qarabağ
KOMMENTLƏR
Rafael Cəbrayılovun cinayət işinə xitam veriləcək - Vəkilindən AÇIQLAMA
Həbsdə ölən sabiq deputat son nəfəsində nə deyib?
Rafael Cəbrayılov məhkəmədə özünü təqsirli bilməyib - 2 milyon 571 min manat dələduzluqda ittiham edilir
Keçmiş deputat qardaşını satdı: Pulları o mənimsəyib
Rafael Cəbrayılovun deputat toxunulmazlığı götürüldü - RƏSMİ
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat