Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanov 59 yaşında koronavirusdan dünyasını dəyişib. 

Tanınmış sənətkar bir müddətdir bu xəstəlikdən Türkiyənin Alanya şəhərində müalicə alırdı.


Qeyd edək ki, S. Qurbanov 1962-ci il oktyabrın 19-da Naxçıvan MR-in Siyaqut kəndində anadan olub. Ukraynanın Kiyev şəhərindəki "Səməd Vurğun", İrpensk şəhərindəki "Zərifə Əliyeva" və digər abidələrin müəllifidir. 2004-cü ildə "Ukraynanın Əməkdar rəssamı", 2005-ci ildə isə "Ukraynanın Xalq rəssamı" fəxri adlarına layiq görülüb. 2006-cı il martın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.

Allah rəhmət eləsin!
 


скачать dle 12.1