Zərdab rayonunda “Cümə” məscidinin imamı Şahsuvar Əmiraslanov barəsində karantin qaydalarını pozmağa görə inzibati protokol tərtib edildikdən sonra məhkəmə imamın cəzasını ləğv edib.
Bakısəsi xəbər verir ki, məsələ ilə bağlı danışan Ş.Əmiraslanov bildirib ki, hadisə iyul ayının əvvəli olub.
“Rayonda yaşayan həmkəndlim zəng edərək bildirdi ki, həyat yoldaşım rəhmətə gedib. Mən də məscidin imamı olaraq cənazə evinə gedib oraya toplaşanlara da bildirdim ki, karantin qaydalarına əməl olunmalıdır. Bu səbəbdən rayondan kəndə dəfn üçün cəmi iki minik maşını getdi. Yəni 8 nəfər adam. Kənddə də mərhumun qohumları bu 8 nəfərə qoşularaq dəfnə gəldilər. Toplasan, cəmi 20 nəfər adam var idi, ya yox”, - o, “MediaPost”a açıqlamasında bildirib.
Məscidin imamı necə cərimələndiyindən də danışıb. O bildirib ki, kəndin sahə müvəkkili dəfndə iştirak edirdi: “Sonra birdən yoxa çıxdı. Sən demə, mənim şəklimi çəkib gedib. Evə qayıdandan sonra polisə dəvət olundum. Polis karantin qaydalarını pozduğumu əsas gətirərək mənə inzibati protokol tərtib etdi. Mən bununla razılaşmayıb məhkəməyə müraciət etdim. Məhkəmə də ədalətli qərar çıxararaq cəzamı ləğv etdi. Lakin polis yenə də əməlindən əl çəkmir. İndi isə işi Şəki Apellyasiya Məhkəməsinə göndəriblər”.
Qeyd edək ki, həmin dəfndə iştirak edən 3 nəfər də cərimələnib. (MediaPost)
“Polis dəfndə mənim gizli şəklimi çəkibmiş...” – Molla ilə qalmaqal
19
avqust
11:01

Qarabağ
KOMMENTLƏR
Yas mərasiminə qatılan 17 nəfər saxlanıldı - Fotolar
Karantinə rəğmən kafe işlədən sahibkar həbs edildi
“Yaz cəriməni, çıxım, gedim. Onsuz da ödəməyəcəyəm” deyən şəxs həbs olundu — RƏSMİ
Ağdaşda karantin rejim qaydalarını pozan 2 şəxs həbs edilib, 11 obyekt sahibi cərimələnib
"Rusiyadan gəlib, eşidirəm ki, arvadım və baldızım bələdiyyə sədri ilə..." - Azərbaycanda BİABIRÇILIQ
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat