Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2022-ci il yanvar 1-dən etibarən iş rejimini Qərb iş həftəsinə uyğun təşkil edəcək.
Bu barədə hökumətin yeni qərarında deyilir.
Qərara əsasən, BƏƏ-də iş həftəsi bazar ertəsindən cümə gününədək davam edəcək. İstirahət günləri isə şənbə və bazar günləri olacaq. Cümə iş günü saat 12:00-dək davam edəcək.
Qeyd edək ki, Yaxın Şərq ölkələrində, istirahət günləri əsasən cümə və şənbə günləri olur.
скачать dle 12.1