Xəbər verdiyimiz kimi, bu gün Ağdamda yol çəkən texnika minaya düşüb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, dekabrın 16-da saat 13 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Baş Qərvənd kəndi ərazisindəki Xaçınçay çayının ətrafında yol-tikinti işləri ilə məşğul olan şirkətlərdən birinin əməkdaşı, Oğuz rayon sakini Əhməd İdrisov idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb. Xoşbəxtlikdən xəsarət alan olmamışdır.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
***
13:00
Ağdamda yol çəkən texnika minaya düşüb.
Hadisə Ağdamın işğaldan azad edilmiş Baş Qərvənd kəndi ərazisində baş verib. Traktor tank əleyhinə minaya düşüb. Nəticədə texnikaya ciddi ziyan dəyib. İlkin məlumata görə, sürücü xəsarət almayıb.
Hadisə yerinə ANAMA-nın əməkdaşları cəlb olunub.
скачать dle 12.1