Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə R. Quliyev son sözlə çıxış edib. R. Quliyev son sözündə ittihamlarla razı olmadığını, barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib: "Bu işdə bir zərərçəkən var, o da mənəm və ailəmdir".
Daha sonra prosesdə hökm elan olunub.
Hakimlər kollegiyasının qərarı ilə R. Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd olunub ki, R. Quliyev 1 il 6 ay rəhbər və maddi məsul vəzifə tuta bilməz.
Xatırladaq ki, prokuror çıxışında R. Quliyevin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Rasim Quliyevə 3 illik həbs cəzası VERİLDİ
23
dekabr
15:38

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat