Sabiq səfir, həbsdə olan Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə son olaraq xaricdə yaşayan iki nəfər şahidin ifadələri elan olunub.
Daha sonra dövlət ittihamçısı Anar Nəsibov məhkəmə istintaqının başa çatdırılmasını xahiş edib.
Hakimlər müşavirədən sonra məhkəmə istintaqının başa çatdığını elan ediblər.
Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.
Proses dekabrın 29-da davam etdiriləcək.
скачать dle 12.1