Ölkəmizdə taksi fəaliyyəti yeni qaydalar əsasında formalaşacaq. Bu Prezident İlham Əliyevin imzaladığı Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərmanda öz əksini tapıb.
Ekspertlərin fikrincə, yeni qaydalar bu sahədəki çatışmazlıqları aradan qaldıra bilər. Onların sözlərinə görə, yenilik sürücülərin gəlirinə də müsbət təsir göstərəcək.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib ki, pandemiya dövründə taksilərə tələbatın artması bu sahədə xaotik vəziyyəti daha da ağırlaşdırıb. Onun sözlərinə görə, qanunvericilikdə taksi fəaliyyəti ilə bağlı qaydalar tənzimlənməlidir. Ekspert bildirib ki, taksi şirkətlərinin sürücülərə diqtə etdiyi qaydalar bu sahədəki xidməti ictimai nəqliyyatdakı xidmətlər səviyyəsinə endirib.
Ekspert hesab edir ki, aqerqator, taksi xidmətinə cəlb edilən avtomobil və sürücü də qanunvericilikdə müəyyən ediləcək tələblərə uyğun olmalıdır. Ərşad Hüseynov qeyd edib ki, sürücülərin iş saatları ilə bağlı məsələ də ciddi nəzarətə götürülməlidir.
Şirkətlərin təyin etdiyi qiymətlərdən şikayətlənən sürücülər isə taksilər üçün xüsusi parklanma yerlərinin olmasını da arzulayırlar.
Taksi sürücülərinin nəzərinə: Yeniliklər olacaq (VİDEO)
11
fevral
12:37

Qarabağ
KOMMENTLƏR
Azərbaycanda taksi fəaliyyəti, sərnişindaşıma və yükdaşıma ilə bağlı yeni qaydalar müəyyən ediləcək
Taksilərlə bağlı yeni qaydalar hazırlanır
Bu tarixdən taksi proqramları işləməyəcək? - RƏSMİ CAVAB (VİDEO)
Taksilərlə bağlı YENİLİK - Vahid nəzarət sistemi yaradıla bilər
“İnsanların cibinə girirlər” - Taksi xidmətləri qiyməti niyə qaldırır?
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat