Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Elgin Şirin oğlu Həbibullayev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
E.Həbibullayev icra başçısı təyin olunanadək Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri olub.
E.Həbibullayev Eldar Əzizov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işlədiyi dövrdə başçının köməkçisi olub. Eldar Əzizov 2011-ci ildə Sumqayıt Şəhər İcra Hakimiyyətinə başçı təyin olunan zaman Həbibullayevi özünə köməkçi, sonra isə müavin təyin edib.
Dövlət başçısının digər bir sərəncamı ilə Coşqun Adil oğlu Cəbrayılov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
O bu vəzifyədək Bakı Şəhər İcra Hakimiyyətində şöbə müdiri işləyib.
Qeyd edək ki, onların hər ikisi Eldar Əzizovun əsas kadrlarından hesab olunur.
Eldar Əzizovun iki kadrı bu rayonlara icra başçısı təyin olundu
18
fevral
11:20

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat