Azərbaycanla Tacikistanın paytaxt şəhərləri Bakı və Düşənbə qardaşlaşacaq.
Bu barədə Tacikistan Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməli martın 3-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.
Rüstəm Emoməli iki ölkə parlamentləri arasında əməkdaşlıq haqqında sazişin, həmçinin Bakı və Düşənbənin qardaşlaşması barədə sənədin imzalanacağını qeyd edərək bunları dostluq əlaqələrinin yaxşı göstəricisi kimi qiymətləndirib.
скачать dle 12.1