"Şikayətim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlıdır. Bildiyiniz kimi dünyanın bir çox ölkələri 4 günlük iş rejiminə keçir. BƏƏ və ən son Belçika höküməti 4 günlük iş rejiminə keçdi. Böyük Britaniya isə bu ilin iyul ayından 4 günlük iş rejimini pilot lahiyə olaraq tətbiq edəcək. Artıq qonşu Gürcüstan, Moldova, Türkiyədə də 4 günlük iş rejiminə keçid müzakirə mövzusudur". DİA.AZ bildirir ki, bu barədə redaksiyamıza ünvanladığı şikayətində İlkin Məmmədkərimov adlı oxucumuz giley edir.

Daha sonra narazı vətəndaş yazır: "Ölkədə isə agentliklərdən biri bu məsələni gündəmə gətirsədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mətbuata açıqlama verib ki, 4 günlük iş rejiminə keçid Azərbaycanda müzakirə mövzusu deyil bəs bizim 5 günlük həftəlik 40 saatdan ibarət iş rejimimiz var. Sual olunur niyə biz başqa planetdə yaşayırıq? Axı bu gün heç kimə sirr deyil ki, özəl şirkətlərdə adi supermarketlərdə, restoranlarda 300-400 manata işçilər həftənin 6 günü az qala 24 saat çalışdırılır. İnsanlar isə ehtiyac ucbatından qorxularından şikayət belə edə bilmirlər ki, şikayət etsələr bir bəhanə ilə işdən çıxarılacaqlar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi illərdir insanları istismar edən bu şirkətləri görmür? Niyə bəs heç bir tədbir görülmür? Bəlkə biz insan deyilik xəbərimiz yoxdur?"
скачать dle 12.1