Bakıda tanınmış “Nərgiz” klinikası barəsində məhkəmə iddiası qaldırılıb.
“Kriminalqafqaz” xəbər verir ki, klinika İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin tələblərini pozub.
Tibb mərkəzinin rəhbərliyi sertifikasiyadan keçməyən şəxslərin tibb fəaliyyətinə buraxılmasına icazə verib.
Klinika barəsində tərtib olunmuş cərimə protokolu Nərimanov Rayon Məhkəməsinə göndərilib. İş hakim Gültəkin Əsədovanın icraatına verilib. Məhkəmə iddianı təmin edərsə, tibb mərkəzini 8 min manatadək məbləğdə cərimə gözləyir.
Qeyd edək ki, “Nərgiz” klinikası 2007-ci ildən Azərbaycanda fəaliyyət göstərir, rəhbəri tibb elmləri doktoru Məlahət Qəhrəmanovadır.
“Nərgiz” klinikası məhkəməyə verildi
28
mart
16:38

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat