Bəstəkar-müğənni, həm də aparıcı kimi tanınan Murad Arif Elşad Xose ilə yeni dueti olan “Get iş tap işlə” adlı mahnıya klipini təqdim edib.
Sənətçi klipini başa düşməyənləri sərt şəkildə tənqid edib:
“Bizi kostyumlu dayılar kimi görmək istəyənlər yetişdirdi. Müdir olmağa aparan yolda gəncliyimizi, rəngarəng kimliyimizi, arzularımızı və azadlığımızı dəfn etdik. Biz içimizdə romantik olaraq, kağızların içində boğulan ofis qurduna çevrildik. Arzularımızı dollarlara qurban etdik. Biz özümüz də söz verib, sözünü tutmayan əmilərə döndük. İşçilərimizin üstünə qışqırırıq, onları da özümüz kimi solğun, ütülü, rəngsiz kostyumlu etmək istəyirik.
Şəhərlərdəki, institutlardakı, ofislərdəki gəncliyə baxın! Onları biz yetişdiririk. Bir çoxumuz həyatda əsas məqsədin pul qazanmaq olduğuna inanırıq. Çünki özümüz sərbəst yaşamağa cəsarətli olmadıq. “İşlə, işlə, işlə, pul qazan” deyərək… Su kimi axıb gedir zaman. Fərqindəyik.
“Özümüz dəyişmədik, dəyişdirə bilmədik heç nəyi. Gənclərdə də alınmasın!” deyirik. “Arzularını düşün. Xoşbəxt olduğun peşəni seç, istədiyini et” deyə bilmirik. Və son nəfəsimizdə belə ağlımızda bir söz var: “Get iş tap, işlə!”(oxu.az)
Murad Arif: “Arzularımızı dollarlara qurban etdik” - Video
02
sentyabr
12:03

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat