Aparıcı Elgiz Əkbər burun əməliyyatı etdirib və səhhətində problem yaranıb.

Axşam.az xəbər verir ki, o, bu haqda "Elgizlə izlə" proqramında danışıb. Elgiz bildirib ki, əməliyyatı Türkiyədə olsa da uğursuz alınıb:

"Burnumda problem var idi. Türkiyədə əməliyyat etdirdim və 6 min dollar ödədim. Guya, İbrahim Tatlısəsin yatdığı xəstəxana idi. Qoxu bilmirəm, heç nəyin iyin hiss etmirəm. Ən çox sevdiyim yaz fəslində çiçəklərin iyini hiss etmirəm".
скачать dle 12.1