Dünən tanınmış gitaraçı Nofəl Süleymanovun 17 yaşlı oğlu Şövqü tərəfindən bilmədən öldürülməsindən sonra həmin yeniyetməyə hansı cəzanın veriləcəyi ictimai müzakirələrə səbəb olub.
Vəkil Cavid Rzazadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu əməl Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə tövsif olunur: “Bu maddə ilə ittiham olunan şəxsi iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırmaq nəzərdə tutulub. Şövqü Süleymanov yetkinlik yaşına çatmadığı üçün ona 1 ilədək islah işləri, 2 ilə qədər azadlığın məhdudlaşdırılması və ya 3 ilədək azadlıqdan məhrumetmə verilə bilər. Əgər, o, məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilsə, cəzasını ümumi rejimli tərbiyə müəssisələrində çəkəcək. Cəza təyin edilərkən onun yetkinlik yaşına çatmaması yüngülləşdirici hal kimi nəzərə alınır”.
Vəkil qeyd edib ki, azadlığın məhdudlaşdırılması cəzası həbs olunmaq, cəzaçəkmə müəssisəsinə göndərilmək demək deyil:
“Bu, məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.
Ehtiyatsızlıqdan adam öldürmə ilə ittiham olunan şəxslərin istintaq dövründə həbs olunması praktikada çox da rast gəlinmir. Məhkəmənin belə bir səlahiyyəti olsa da, hətta bu maddə ilə ittiham olunan yetkinlik yaşına çatmış şəxslər barəsində belə adətən digər növ tədbirlər seçilir. Şövqü Süleymananovun 17 yaşı olduğunu, yetkinlik yaşına çatmadığını nəzərə alsaq, istintaq dövründə onun həbs olunmayacağını güman etmək olar”.
Xatırladaq ki, Nizami rayon Prokurorluğunun yaydığı məlumata görə, 2003-cü il təvəllüdlü Şövqü Süleymanlı paytaxtın Nizami rayonu ərazisində yerləşən yaşadıqları evin mətbəxində atası Nofəl Süleymanlının adına olan “Escot” markalı 12 kalibrli ov tüfəngində olan patronları boşaldarkən ehtiyatsızlıqdan tüfəngdən açılmış atəş nəticəsində qırmalar həmin vaxt mətbəxin eyvanında olan atası Nofəl Süleymanlının kürək nahiyəsinə dəyib, sonuncu aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Şövqü Süleymanova hansı yüngülləşdirici cəza verilə bilər?
09
sentyabr
16:16

Qarabağ
KOMMENTLƏR
“Milli Məclis işi”ndə ittihamda dəyişiklik oldu – ömürlük həbs nəzərdə tutan maddə götürüldü
Yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan şəxsi hansı cəza gözləyir?
Azərbaycanda 16 COVID-19 xəstəsi barəsində cinayət işi başlanılıb
Prokurorluq 15 yaşlı məktəbli ilə cinsi əlaqədə olan müəllimlə bağlı protest verdi
İcazə vərəqələri ilə bağlı dövlət
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat