Xəbər verdiyimiz kimi, müğənni Nadir Qafarzadə Əməkdar artist Gülbahar Şükürlü ilə bağlı video müraciət yayıb. O, beynində şiş tapılan qarmon ifaçısının müalicəsi üçün maddi imkanının olmadığını bildirib.
Qafarzadənin bu paylaşımına prodüser Tarix Əliyev (Tolik) sərt reaksiya verib. O, G.Şükürlünü yetəri qədər imkanı olduğunu, köməyə ehtiyacı olmadığını vurğulayıb.
Tolikin bu fikirləri sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb, onlar prodüsseri tənqid atəşinə tutublar.
Xalq artisti Şeyx Əbdül Mahmudbəyov məsələ ilə bağlı fikirlərini Yenisabah.az-la bölüşüb:
“Mənim özümün də vəziyyətimi bilirsiniz, özüm neçə vaxtdır xəstəyəm. Bilirsiniz, xəstə adama həkim müalicəsindən daha çox mənəvi, psixoloji dayaq lazımdır. Gülbahar xanım Azərbaycanda tanınan iki qarmon ifaçısından biridir. Özü də Əməkdar artistdir. Tolikin  elə deməyi mənə çox qəribə gəldi. Əvvəla, qızıl satmağın müalicə olunmağa, müalicəyə nə dəxli var? 
Qadın xeylağıdır qızılı filan var, gözəl. Əgər onun üçün dövlətdən kömək istənilirsə, bunun məsələyə nə dəxli? O köməyi dövlətdən istəyir, Tolikdən istəmir ki, o niyə elə düşünür?
Bu sirr deyil ki, Heydər Əliyevdən başlayan elmə, sənətə, mədəniyyət xadimlərinə olan diqqət, qayğı bu  gün də davam etdirilir. Çox sağ olsun Prezidentimiz, H.Əliyev Fondu hər zaman diqqət ayırır. Fond nə qədər işlər görür, yoxsa əvvəl avara-avara rüşvətxor məmurlar yığırdılar pulları, sonra da çıxıb gedirdilər. 
Bir müddət əvvəl mənim müraciətimə cavab verdilər, çox arzu edərdim ki, Gülbahar xanıma da dəstək olsunlar. Bu, əslində, mənəvi dəstəkdir, sayılmaq, hörmət olunmaqdır. Əgər biri öz “paqon yoldaşı” haqqında belə yersiz, etikadan kənar söz deyirsə, mən onu qəbul etmirəm. Doğrusu, heç Tolikdən də gözləməzdim. Allah eləsin ki, Gülbahar xanıma da kömək olunsun. Gözlənilmədən xəstələnmək çox pisdir, mən özüm də gözlənilmədən xəstələndim. Belə xəstələrin maddi, psixoloji, mənəvi köməyə ehtiyacı varsa, onları  araya qoyanlar, irad tutanlar özləri xəstələnəndə başa düşəcəklər ki, bu nə deməkdir. Təbii ki, mən heç kəsə xəstəlik arzu etmirəm, amma elə düşünməyi də qəbul etmirəm, olmaz belə şeylər. İstəyərdim ki, Gülbahar xanıma həm həmkarları, sənət dostları, həm də dövlət tərəfindən yardım olunsun”. 
Əsmətxanımскачать dle 12.1