"Svit Haus” Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakının üzərinə həbs qoyulması barədə məhkəmə qərardad çıxarıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, borculu “Svit Haus” Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumilikdə 65.173,61 manat, vurulmuş mənəvi zərərə görə 1.000 manat və 11 manat məbləğində dövlət rüsumunun əvəzi tələbkarın xeyrinə ödənilməsi barədə Binəqədi rayon Məhkəməsinə müraciət edilib.
Tələbkar 1 nömrəli Mənzil Tikintisinə və Satışına dair müqavilə üzrə borclu MMC-nin borcunun ödənilməsi üçün Binəqədi rayon icra və probasiya şöbəsinə müraciət edib.
“Svit Haus” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, 59 saylı mənzil qeydiyyatdan keçib.
Həmin mənzilin üzərinə həbs qoyulması üçün Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Binəqədi rayon Məhkəməsinə təqdimatla müraciət edib.
Təqdimatda MMC-yə məxsus həmin mənzilin üzərinə həbs qoyulması və hərrac yolu ilə satılması, tələbkara dəymiş ziyanın ödənilməsi istənilib.
Hakim Məhəmməd Rüstəmlinin sədrliyi ilə baş tutan iclasda təqdimat qismən təmin edilib.
MMC-yə məxsus Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 59 saylı mənzilinin üzərinə həbs qoyulması barədə qərar qəbul edilib.
Qeyd edək ki, “Svit Haus” Məhdud Məsuliyyətli Cəmiyyəti paytaxtda hündürmərtəbəli binaların tikintisi ilə məşğul olur.
Bakıda məşhur tikinti şirkətinin əmlakına həbs qoyuldu
17
sentyabr
14:45

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat