Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, “Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri – gömrük xidməti general-leytenantı” və “Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin müavini – gömrük xidməti general-mayoru” abzasları ləğv edilir.
“Bakı Baş Gömrük İdarəsinin rəisi – gömrük xidməti general-mayoru” abzasından sonra “Naxçıvan Baş Gömrük İdarəsinin rəisi – gömrük xidməti general-mayoru” abzası əlavə edilir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin sədri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, deputat İsa Həbibbəylinin oğlu, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli idi.