Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin tərkibi genişləndirilib.
Bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması haqqında” 2021-ci il 15 yanvar tarixli 1251 nömrəli və “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2021-ci il 2 fevral tarixli 1276 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanla Agentliyin İdarə Heyətinin üzvlərinin sayı artırılaraq 4 edilib. Əvvəl isə 3 üzvdən ibarət idi.
Digər dəyişikliklə isə İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrasını birinci müavini, birinci müavini müvəqqəti olmadıqda isə İdarə Heyəti sədrinin müəyyən etdiyi müavinlərindən biri həyata keçirəcək.
Bundan əvvəl isə İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrasını İdarə Heyəti sədrinin müəyyən etdiyi müavinlərindən biri həyata keçirirdi.
ANAMA sədrinin birinci müavini olacaq
22
dekabr
13:31

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat