Milli Məclisin mədəniyyət komitəsinin iclasında, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov fəxri adların verilməsində bəzi şəxslərin sui-istifadə hallarının olduğunu söyləyib.
O, bildirib ki, bu sahədə yeniliklər olacaq: “Çünki fəxri adların verilməməsinə görə, bəzi şəxslərin Mədəniyyət Nazirliyinə, hətta dövlətə inamı azalıb. Bu sahədə dəqiq və əvvəlcədən müəyyən edilmiş bir neçə meyar, bu prosesdə qərarverici gizli qurum olacaq. Qərarın gizli olması təklif edilir.
Çünki belə olan halda sui-istifadənin qarşısı alınacaq. Fəxri adlar alan insanlar xalq qarşısında öhdəliklər götürməlidirlər. Sovet vaxtında fəxri ad alan şəxslər dövləti tərifləyirdilər. Ancaq biz istərdik onlar xalq qarşısında öhdəlik götürsünlər. Cəmiyyəti həmrəyliyə səsləsinlər”.
Anar Kərimovun fikirlərini “Sherg.az”a dəyərləndirən Xalq artisti Rasim Balayev adların verilməsində əvvəldən çox haqsızlıqların olduğunu söyləyib:
“Orda bazar açmışdılar. Fəxri adlara qiymət qoyulmuşdu. Çox utandırıcı bir hala gəlmişdi. İndi məndən olsa bu adları götürərlər. Kim xalqın sevimlisidir olsun xalq artisti, kim deyilsə olmasın.
Amma camaat ad alıb. Ona görə bir qurum yaratsınlar. Səsverməylə olsun, kiminsə tanışlığı ilə yox. Bir adama ki, ad vermək istəyirlər, onu müzakirə eləsinlər, layiqdi, ya deyil. Tam hamının fikri öyrənilsin.
Sonra ad verilsin. Düz deyib ki, çox haqsızlıqlar olub. Daha olmasın, obyektiv verilsin. Bəzən çox olub layiqli adam qıraqda qalıb, layiqsizə veriblər. Ad alan adamlar sənəti dərindən bilən olsunlar.
Səsvermə yolu ilə təqdim etsinlər. Yenə xoşagəlməz hadisələr olmasın. Elə adamlara verdilər ki, xalq bu adları hörmətsiz qəbul elədi. Sağ olsunlar ki, belə bir təklif irəli sürdülər. Alqışlayıram”.
“Çox layiqsiz adama fəxri ad veriblər“ - Rasim Balayev
21
sentyabr
13:16

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat