“Karantin rejiminin uzadılıb-uzadılmaması epidimioloji vəziyyətdən asılıdır”.
Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, millət vəkili Sədaqət Vəliyeva karantin rejiminin yenidən uzadılması ilə bağlı danışarkən deyib:
“Ölkəmizdə həyata keçirilmiş zəruri tədbirlər çərçivəsində pandemiyanın mənfi təsirləri tədricən aradan qaldırılır, məhdudiyyətlər götürülür. Hamı bilir ki, dünyada pandemiya hələ də var və bir çox ölkələrdə ikinci, hətta üçüncü dalğaların başlanması haqda məlumatlar yayılır. Britaniya, İran, ABŞ, Hindistan və başqa ölkələrdə COVID-19 virusu böyük təhdid faktoru olaraq qalmaqdadır. Azərbaycanda da ehtiyatla və düşünülmüş şəkildə, aparılan təhlillərə əsaslanaraq qərarlar verilir. Bu cür ehtiyatlı siyasətin səbəbi isə insanlarımızın sağlamlığını qorumaq, COVID-19 pandemiyasının zərərlərini neytrallaşdırmaqdır. Düşünürəm ki, sentyabrın 30-dan sonrakı müddətdə karantin rejiminin uzadılması haqda qərar epidimioloji vəziyyətdən asılı olacaq”, – deyə o bildirib.
Sədaqət Vəliyeva qeyd edib ki, hazırda ən önəmli məsələlərdən biri pandemiya ilə mübarizədə əldə olunan uğurları qorumaq və irəli getməkdir:
“Bilirsiniz ki, payız-qış mövsümü müxtəlif xəstəliklərin fəallaşdığı dövrdür. Koronavirus ilə birlikdə bu xəstəliklər də insan orqanizmi üçün ciddi təhlükədir. Bundan sonrakı dövrdə ən başlıca vəzifə koronavirusun yayılmasına, yeni yoluxma nöqtələrinin yaranmasına imkan verməməkdir. Təəssüf ki, yeni tədris ilinin başlanmasından bu günə qədər təxminən 131 şagird və 42 məktəb işçisi koronavirusa yoluxub. Bunun özü də bir siqnaldır ki, çox ehtiyatlı olmaqlıyıq”.
DİQQƏT: Karantin rejimi ilə bağlı vacib xəbər - 4 GÜN SONRA...
26
sentyabr
16:49

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat