Ermənistanın Qarabağ münaqişəsinin miqyasını böyütmək, müharibəyə region ölkələrini də cəlb etmək planları iflasa uğrayıb. İrəvan Qarabağ müharibəsində əsasən Rusiya və İrana ümid edirdi. Lakin Ermənistan rəhbərliyinin cəhdlərinə baxmayaraq Moskva və Tehran münaqişəyə müdaxilə etmək niyyətində görünmür.
Deyəsən, İrəvan da artıq Rusiya və İrandan ümidini üzüb. Ermənistan Xarici İşlər nazirinin müavini Şavarş Köçəryan bildirib ki, Qarabağ probleminin həlli əsasən döyüş meydanındadır. “Bu, hamımız üçün aydın olan bir həqiqətdir. Bizim əvəzimizə kiminsə torpağımız üçün mübarizə aparacağına ümid etmək dağıdıcı düşüncədir. Torpağımızı qorumalı və varlığımız üçün mübarizə aparmalıyıq", - deyə nazir müavini bildirib.
O, Ermənistanın Baş naziri Nikol Paşinyanın Kremlin İrəvana yardım etməsilə məsələhətləşmələrə başlamaq barədə Rusiya Prezidenti Vladimir Putinə məktubuna da toxunub.  “Ermənistana yardım göstərilməsi ilə bağlı Rusiya ilə məsləhətləşmələr məxfi şəkildə aparılır. Bu təbiidir. Amma bu danışıqlar barədə hansısa məlumatlar gözləmək hələ tezdir”, - deyə Şavarş Köçəryan qeyd edib.скачать dle 12.1