"Yaşadığımız hər anımızda, hər günümüzdə yaşatdıq səni, Şuşa! Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu sənsiz keçən 28 ilin hər gününün, saatının qisasını aldı! İllərdir həsrətini çəkən övladlarına qovuşdun, Şuşamız”.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev bildirib.
O qeyd edib ki, Şuşa Azərbaycanın öz qədim tarixi və zəngin mədəni irsi ilə dünyada məşhur olan və ulu babalarımızdan bizə miras qalan möhtəşəm şəhərdir. M.Əliyev Şuşanın azad olunması ilə bağlı hərbi əməliyyatın çətinliyindən danışıb:
“Təbii coğrafi şərait və relyefin müharibə şəraitində çox önəmli amil olduğu hər kəsə bəllidir. Daha çox dağlıq ərazilər, meşələrlə zəngin olan Şuşanın işğaldan azad edilməsi Azərbaycan Ordusunun qarşısında duran ən məsuliyyətli, ən çətin və həlledici vəzifələrdən və ən şərəfli döyüş tapşırıqlarından biri idi.
Cinayətkar erməni hərbi və siyasi rəhbərliyinin yarıtmaz ordusunun məğlubiyyəti artıq növbəti “dirənc planları”nın qırılmasına səbəb oldu. Mürəkkəb coğrafi relyef, dağ şəraitində təbii istehkamların çoxluğu belə Ermənistan ordusunun müdafiə və hücum planlarının puç olmasına kömək etmədi.
Artıq Ermənistan hərbi və siyasi rəhbərliyinin məğlub və böhran vəziyyəti nəinki öz xalqına, eyni zamanda bütün dünyaya məlumdur. Şuşanın azad edilməsi uğrunda döyüşlər zamanı separatçı rejimin başçısı Araik Arutunyanın saxtalaşdırdığı erməni tarixi ilə Şuşanı ermənilərin simvolu, döyünən ürəyi adlandırması, bütün dünyada yaşayan erməniləri Şuşanın müdafiəsinə çağırması bu məğlubiyyətin onların sonu olduğunu açıq şəkildə sübut edir.
Ermənistan hərbi və siyasi rəhbərliyinin PKK terrorçuları ilə müttəfiqlik edərək hərbi cinayətlər törətməsi artıq bütün dünyaya məlumdur və yetərli qədər də sübutlar var. Bu əməkdaşlıq da onlara öz riyakar məqsədlərini həyata keçirtmək üçün heç bir nailiyyət qazandırmadı. PKK terroçularının strategiya və taktikasına güvənən erməni ordusu Azərbaycan Ordusunun gücü və əzmi qarşısında aciz qaldı! Arıtq ölkəmiz, xalqımız hər zaman arzusunda olduğu Şuşalı, Qarabağlı günlərə doğru böyük ümid və sevinclə addımlayır".
“Şuşa uğrunda döyüşlər zamanı separatçı Araik Arutunyan...” - Prezidentin köməkçisi
09
noyabr
11:42
Qarabağ
KOMMENTLƏR
“Daşaltı azad edilib, döyüşlər Şuşa yaxınlığında gedir” - Markov
Şuşa işğaldan azad edildi – Prezidentdən şad xəbər
“Şuşanın azadlığı Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılacaq”
“Şuşanın işğaldan azad edildiyini ölkə başçısından eşidəndə koridora çıxıb qışqırdım"
"8 noyabr zəfəri həm də bütün türk dünyasının zəfəridir" - deputat
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev