“İnsanlara dedim ki, borcumuzu, ölənimizi, qoyuruq qırağa, bu başqa hissdir...”

Bunu açıqlamasında keçmiş döyüşçü, Şuşa şəhərində anadan olan Şunasi Babayev deyib. Ş.Babayev Şuşanın işğaldan azad olunmasıyla bağlı öz xoş təəssüratlarını bölüşüb:

“Şuşanın işğaldan azad edildiyini ölkə başçısının çıxışında eşidəndə koridora çıxıb qışqırdım. Daha sonra sanatoriyada məskunlaşan şuşalılara çağırış edib dedim ki, ay camaat, Şuşamız işğaldan azad olunub, bayramınız mübarək! Şəhidlərimizin ruhu şad oldu. İnsanlarımız da artıq bayram edir. İnsanlara dedim ki, borcumuzu, xərcimizi, ölənimizi, itənimizi qoyuruq qırağa, bu başqa bir sevincdir, eşqdir. Ali Baş Komandanımız, əsgərlərimiz var olsun. Sizin kollektivin də bu illər ərzində Qarabağ uğrunda apardığı mübarizə danılmazdır. Allah sizləri var etsin”.
скачать dle 12.1