“Efirə ildə bir-iki dəfə çıxırıq. Sonra isə ara veririk. Səbəb kanallarda yayımlanan verilişlərin formatlarını bəyənməməyimdir. Heç bir televiziya kanalı və ya aparıcı ilə şəxsi qərəzliyim də yoxdur”. 
Bu sözləri müğənni Günay İbrahimli qonaq olduğu “Tarixin bir günü” verilişində deyib. 
Müğənni telekanallarda yayımlanan ictimai-sosial verilişləri təndiq edib: 
"Vaxtım olanda efirə baxıb görürəm ki, bir verilişdə oturub psixoloq, həkim və müğənni. Psixoloq, həkim dayanmadan danışır, amma müğənni saatlarla boş-boş oturur, danışmır. Vaxt doldurmaq üçün aparıcı ondan mahnı oxumasını istəyir. Bu isə müğənniyə qarşı hörmətsizlikdir. Belə olmalı deyil. Buna görə də verilişləri seçib sonra gedirəm". 
скачать dle 12.1