Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın konkret addımlarını gözləməyə çağırıb.

Rusiya XİN sözçüsü Paşinyanın dekabrın 25-26-da Sankt-Peterburqda keçiriləcək MDB liderlərinin qeyri-formal sammiti və Avrasiya İttifaqının iclasında mümkün iştirakı ilə bağlı suala cavab verərkən belə deyib.

"Burada ümidlərə deyil, konkret faktlara əsaslanmalıyıq" deyə o vurğulayıb.

Qeyd edək ki, Rusiya prezidentinin sözçüsü Yuri Uşakov Paşinyanın dekabrın sonunda Peterburqda keçiriləcək sammitində iştirakı ilə bağlı Kremlin İrəvandan müsbət siqnallar aldığını söyləyib.

Ermənistan baş nazirinin ofisi isə bu gün məlumat yayıb ki, Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) sessiyasında və MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edib-etməyəcəyi ilə bağlı hələ qərar verməyib.скачать dle 12.1