Xəbər verdiyimiz kimi, Həmasın yüksək rütbəli rəhbərlərindən Üsame Həmdan İlon Maskı Qəzzaya dəvət edib.
Xarici mənbə xəbər verir ki, Həmdan: "Obyektivlik və etibarlılıq standartlarına uyğun olaraq Qəzza xalqına edilən qırğınların və dağıntıların miqyasını görməsi üçün Maskı Qəzzaya səfər etməyə dəvət edirik" deyib. İlon Mask onun təklifinə cavab verib.
Mask verdiyi açıqlamada, "Hal-hazırda bir az təhlükəli görünür. Bununla belə, uzunmüddətli firavan Qəzzanın bütün tərəflər üçün yaxşı olacağına inanıram" deyərək təklifi rədd edib.
Qeyd edək ki, İlon Mask ötən gün İsrailə səfər edib və Baş nazir Benyamin Netanyahu ilə birlikdə oktyabrın 7-də Həmas-ın hərbi qanadı İzzəddin əl-Qəssam briqadasının üzvlərinin hücumuna məruz qalan Kfar Aza qəsəbəsinə baxış keçirib.
İlon Mask Həmasa cavab verdi: "Bir az təhlükəli görünür"
30
noyabr
11:02

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat