“Rusiya qoşunları öz effektiv hərəkətləri ilə Ukrayna Silahlı Qüvvələrinin imkanlarını azaldır”.

Bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu deyib.

O bildirib ki, Rusiya ordusu bütün istiqamətlərdə nəzarət zonalarını genişləndirir.

S. Şoyqunun sözlərinə görə, xüsusi əməliyyat zonasında yeddi müasir təlim poliqonu yaradılır: “Onların iksində işlər başa çatıb”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. V. Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib.скачать dle 12.1