Rusiyanın Müstəqil Dövlətlər Birliyində (MDB) yanvarın 1–dən başlayacaq sədrliyi zamanı incəsənət, elm və təhsilin ən müxtəlif istiqamətləri üzrə geniş dairədə birgə tədbirlərin keçirilməsi təcrübəsinin davam etdirilməsi və inkişafı, o cümlədən MDB çərçivəsində Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun ehtiyatlarından istifadə olunması planlaşdırılır.

Bu barədə MDB Hökumət Başçıları Şurası iclasının iştirakçılarına müraciətində Rusiya Prezidenti Vladimir Putin bildirib.

V.Putin qeyd edib ki, Rusiya MDB-də sədrliyi dövründə ortaq keçmiş haqqında xatirənin qorunub saxlanılması, tarixin saxtalaşdırılması cəhdləri və nasizmin qəhrəmanlaşdırılması ilə mübarizə məsələlərində, habelə bədən tərbiyəsi və idman, millətlərarası ünsiyyət vasitəsi kimi rus dilinin qorunması sahələrində ən sıx qarşılıqlı fəaliyyətin davam etdirilməsinə də səy göstərəcək.

RF Prezidenti dekabrın sonunda Yüksək Avrasiya İqtisadi Şurasının iclasında və Sankt-Peterburqda MDB ölkələri liderlərinin ənənəvi qeyri-rəsmi görüşündə iclas iştirakçıları ilə görüşəcəyinə ümidvar olduğunu bildirib.

 скачать dle 12.1