Türkiyədə Samsunun Canik rayonunda orta məktəbin tavanının gipsinin aşması nəticəsində 7 şagird yüngül xəsarət alıb.

Fatih orta məktəbində dərs zamanı 5-B sinifinin tavanındakı gipsin bir hissəsi uçub.

Xəbər verildikdən sonra 112 Təcili Tibbi Yardım qrupu məktəbə gələrək şagirdləri şəhərin müxtəlif xəstəxanalarına aparıb.

Məktəb direktoru və müəllimlər hadisə ilə bağlı sinifdə olan şagirdlərin ailələrinə məlumat veriblər.

Xəsarət alan 7 şagirdin vəziyyəti yaxşıdır.

скачать dle 12.1