Polşanın yeni seçilmiş baş naziri Donald Tusk Kiyevə səfərə hazırlaşır.
O, bunu sərhəddə polşalı nəqliyyatçıların etirazı ilə bağlı sualı cavablandırarkən deyib.
Eyni zamanda, Tusk Kiyevə səfərinin dəqiq tarixini açıqlamayıb.
“Bunu deməyə bir az utanıram, çünki prezident Zelenskinin və bütün Ukraynanın hansı vəziyyətdə olduğunu bilirəm. Kiyevə gəlib bütün səfəri Polşanın nəqliyyat məsələlərinə həsr etmək düzgün deyil, lakin biz bu səfəri elə hazırlayacağıq ki, prezident Zelenski ilə görüşüm zamanı nəyə nail olmaq istədiyimiz aydın olsun", - Tusk bildirib.
Polşa baş nazirinin sözlərinə görə, o, sürücülərdən xahiş edir ki, “xüsusilə də müharibəyə görə” sərhəd məntəqələrini bağlamasınlar. Tusk həmçinin qeyd edib ki, vəziyyət dramatikdir və o, Polşa daşıyıcılarının həyatını asanlaşdırmaq üçün əlindən gələni edəcək.
скачать dle 12.1