Dietoloq Yekaterina İvannikova göbələyin kimlərə zərərli olduğunu açıqlayıb.

Xarici mətbuat xəbər verir ki, mütəxəssisin fikrincə, göbələk zülal, vacib vitamin və mineralların mənbəyidir. 

Onun sözlərinə görə, lakin lif və xitinin çox olması səbəbindən göbələklər orqanizm üçün çətin həzm olunur:

“Bundan əlavə, göbələk tərkibində zərərli maddələr toplaya və zəhərlənməyə səbəb ola bilər. Bu baxımdan, mütəxəssis onları tez-tez və çox miqdarda, xüsusən də uşaqlar və yaşlılar üçün yemək tövsiyə etmir. Mədə-bağırsaq xəstəlikləri, qaraciyər və böyrək xəstəlikləri olan insanlar da göbələkdən uzaq durmalıdırlar”.скачать dle 12.1