Türkiyənin İstanbul şəhərində kilsə və sinaqoqlara hücuma hazırlaşmaqda təqsirləndirilən 25 nəfər həbs olunub.

Türkiyə KİV xəbər verir ki, ötən il dekabrın 29-da Milli Kəşfiyyat Təşkilatı (MİT) və İstanbul Polis İdarəsi Kəşfiyyat Şöbə Müdirliyinin həyata keçirdikləri əməliyyat nəticəsində saxlanılan 32 şübhəlidən 25-i həbs edilib.

Onlardan 5-i barəsində məhkəmə nəzarəti hökmü tətbiq edilib, 2 nəfəri ölkədən deportasiya olunub, 25 nəfəri isə məhkəmənin hökmü ilə həbs edilib.

Qeyd olunub ki, İŞİD üzvləri olan bu şəxslər ölkə ərazisində sinaqoq və kilsələrə hücuma hazırlaşmaqda şübhəli biliniblər.скачать dle 12.1