ABŞ-ın Yuta ştatında “Delta Air Lines” şirkətinə məxsus təyyarənin mühərrikində meyit tapılıb.
Xarici media bildirir ki, hadisə Solt Leyk Siti Beynəlxalq Hava Limanında baş verib. Hazırda ölüm faktı ilə bağlı araşdırma aparılır.
Aeroport rəsmiləri bildiriblər ki, 30 yaşlı şəxs terminalın təcili çıxışından hava limanının təhlükəsiz eniş sahəsinə daxil olaraq, təyyarənin mühərrikinə qalxıb.
Xilasedicilər adamı huşsuz vəziyyətdə tapıblar və onun həyatını xilas etmək mümkün olmayıb. Onun hansı xəsarətlər nəticəsində öldüyü hələlik bəlli deyil.
Solt Leyk Siti Polis Departamentinin məlumatına görə, həmin şəxs Yuta ştatının Park Siti şəhərinin sakini Kayler Efinqerdir. Departament Efinqerin Denverə uçmaq üçün minmə biletinin olduğunu bildirib.
“Delta Air Lines” şirkətindən bildirib ki, meyit tapılmasından sonra təyyarədə San-Fransiskoya uçması planlaşdırılan 95 sərnişinin hamısı yenidən hava limanına endirilib. Uçuş tamamilə ləğv edilib.
Hadisə yerinə gələn Salt Lake City Polis İdarəsi əməkdaşları hava limanının uçuş-enmə zolaqlarından birində şəxsi əşyalar (ayaqqabı və geyim daxil olmaqla) aşkar edib.
Şöbədən onu da əlavə ediblər ki, ölümün səbəbini və üsulunu müəyyən etmək üçün yarılma aparılacaq.
скачать dle 12.1