Özbəkistanın Surxandərya vilayətində satışı qadağan edilə tarixi qızıl sikkəni satan iki nəfər şəxs saxlanılıb.

Həmin şəxslər üzərində "Peter Boqdanov - 1899" yazısı həkk olunmuş çəkisi 61,69 qram olan tarixi sikkəni 100 min ABŞ dollarına A.E. adlı kolleksiyaçıya satıblar.

Həmin şəxslər barəsində artıq Özbəkistan Baş Prokurorluğu tərəfindən, yerli cinayət məcəlləsinin 177-ci maddəsi (dövriyyəsi qanunla qadağan edilən valyuta ehtiyatını əldə etmə və ya satma) ilə cinayət işi açılıb, müvafiq istintaq hərəkətləri davam etdirilir.скачать dle 12.1