Kosovo hökuməti Serbiya dövlət nömrə nişanlı avtomobillərin ölkə ərazisində sərbəst hərəkətinə icazə verib.

Qərar yaxşı qonşuluq aktı kimi xarakterizə edilib, Serbiya hökumətinin Kosovo nömrə nişanlı nəqliyyat vasitələrinin ölkə ərazisində sərbəst hərəkətinə icazə verməsindən sonra qəbul olunub. Qərar rəsmi qəzetdə dərc edildikdən sonra qüvvəyə minəcək.

Xatırladaq ki, Serbiya hökuməti yanvarın 1-dən etibarən Kosovo nömrə nişanlı avtomobillərin ölkə ərazisində sərbəst hərəkətinə icazə verib.

2021-ci ildən indiyədək isə iki ölkə vətəndaşları sərhədi keçərkən nəqliyyat vasitələrinin nömrə nişanlarının üzərindəki dövlət rəmzlərinin üzərini stikerlə örtürdülər.скачать dle 12.1